Braziliyada təyyarə qəzaya uğrayıb

Braziliyada təyyarə qəzaya uğrayıb

22 Aprel 2011 16:34
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 21-də Braziliyanın şimal-qərbində yerləşən Amazonas ştatında aviaqəza baş verib. Verilən məlumata əsasən, "Piper PA-34 Seneca" markalı kiçik təyyarə ştatın inzibati mərkəzi olan Manaus şəhərinin "Eduardo Qomes Beynəlxalq Hava Limanı"ndan havaya qalxdıqdan dərhal sonra yerə çırpılıb.


Qəza nəticəsində, 7 nəfər ölüb.


Təyyarənin yerə çırpıldığı sahədə dağıntı və xəsarət alan olmayıb. "Amazonas Taxi Aereo" şirkətinə məxsus təyyarənin Santarem şəhərinə yola düşdüyü bildirilir.


Qəzanın başvermə səbəbi barədə məlumat verilmir. Hadisə yerində müvafiq işlər görülüb. Araşdırma aparılır


Qəza gəlməmişdən əvvəl xəbərdarlıq etmir . Odur ki, hər an ehtiyatlı olmaq lazımdır.


Elvin Babayev


O.M.