Sumqayıtda üzərinə hasar uçan fəhlə ölüb

Sumqayıtda üzərinə hasar uçan fəhlə ölüb

22 Mart 19:29
1 698
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıtda kişi daş hasarın altında qalaraq ölüb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, hadisə şəhərin "Qurd dərəsi" bağlar massivində baş verib.

Fərdi yaşayış evlərindən birində fəhlə işləyən 1987-ci il təvəllüdlü Məmmədov İlham Sərxan oğlunun üzərinə daş hasar uçub. Nəticədə, o, daşların altında qalaraq ölüb.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxuməni.az