Cəbhənin Füzuli istiqamətində atışma zamanı Milli Ordunun əsgəri yaralandı

Cəbhənin Füzuli istiqamətində atışma zamanı Milli Ordunun əsgəri yaralandı

11 Aprel 2012 09:50
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində cəbhənin Füzuli istiqamətində Azərbaycan əsgəri yaralanıb. Milli Ordunun əsgəri, 18 yaşlı Ayxan Nizami oğlu Mustafayev döyüş postunda olarkən düşmən gülləsinə tuş gəlib. Nəticədə ağır güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu faktı təsdiqləyərək bildirib ki, atəşkəsin pozulması nəticəsində atışma olub: "Nəticədə bizim bir əsgərimiz yaralanıb, qarşı tərəfdən isə bir nəfərin öldüyü və bir neçə nəfərin yaralanması barədə məlumatlar var".
Qeyd edək ki, A.Mustafayev bu ilin yanvarında Goranboy Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

O.M.