Nigeriyada neft kəmərində partlayış olub, 15 nəfər ölüb

Nigeriyada neft kəmərində partlayış olub, 15 nəfər ölüb

16 Mart 2020 09:22
Bəyəndim (0) Bəyənmədim (0)

Nigeriya Laqos meqapolisinə daxil olan Abul-Ado şəhərin neft kəmərinin bir hissəsində baş vermiş partlayış nəticəsində azı 15 nəfər ölüb.

Oxuməni.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Nigeriyanın “Vanguard” qəzeti məlumat yayıb.

“İnsident zamanı daha 60 nəfər xəsarət alıb. Onların əksəriyyəti qız kollecinin tələbələridir”, - deyə Laqosdakı Fövqəladə İdarəetmə Agentliyinin koordinatoru İbrahim Farinloye bildirib.

Partlayış nəticəsində 50 bina, o cümlədən bir kollec və otelin ziyan çəkdiyini deyilir.

Nəşr qeyd edir ki, rəsmilər partlayışın səbəbini və onun episentrinin dəqiq yerini hələ ki müəyyən edə bilməyiblər. İlkin məlumatlara görə, boru kəmərinin bir hissəsi qanunsuz müdaxilə nəticəsində partlayıb.

Oxuməni.az