Atəşkəs rejimi yenidən pozuldu

Atəşkəs rejimi yenidən pozuldu

10 Aprel 2012 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri aprelin 9-da saat 19.30-dan 19.50-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 23.35-dən 23.40-dək Ermənistan Respublikasının Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Ayqedzor kəndində yerləşən mövqelərindən Azərbaycan ordusunun Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərini, saat 23.55-dən 00.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı və adsız yüksəkliklərdə yerləşən üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.