"Istanbulda bir ay müsəlman olun"

"Istanbulda bir ay müsəlman olun"

22 Aprel 2011 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin Guardian qəzeti "İstanbulda bir ay müsəlman olun" başlıqlı xəbər dərc edib. Xəbər İstanbula "mədəniyyətin tədqiq edilməsi" məqsədi daşıyan səfərin təəssüratlarının nəticəsi kimi dərc edilib. Blood Foundation adlı bir ictimaiyyətə xidmət təşkilatı İslamı daha yaxşı tanımaq istəyənləri İstanbula apararaq, orada onların bir müsəlman kimi yaşamasına şərait yaradır.


Ramazan ayı ərəfəsində təşkil olunmuş turlar zamanı gündə 5 dəfə namaz qılınır, oruc tutulur, spirtli içkilərdən və donuz ətindən tamamilə uzaq durulur.


Mövlanə və sufi adətlərinin örnək alındığı turların vaxtı 9 gün çəkir. Turların təşkilatçısı Ben Bovel məqsədlərinin müsəlmanlarla dünyanın başqa xalqları arasındakı ixtilaflara son qoymaq, insanları maarifləndirmək olduğunu açıqlayıb. Turların açıq fikirli insanlar üçün daha münasib olduğunu təşkilatçı sözlərinə əlavə edib.


Blood Foundationa oxşar bir təşkilat Buddizmin daha yaxşı tanıdılması üçün Tibetə turlar təşkil edir.


Özünü müsəlman adlandıran bəzi "möminlər" də ilin 11 ayını günaha batıb, 1 ayını oruc tutmaqla pak olduqlarını iddia edirlər...


Hafiz Əhmədov


O.M.