Koronovirusa yoluxan alman turist ölüb

Koronovirusa yoluxan alman turist ölüb

9 Mart 2020 14:06
Bəyəndim (0) Bəyənmədim (0)

Misirdə koronovirusa yoluxan alman turist həyatını itirib.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə naziri Hala Zayed məlumat verib.

Nazir qeyd edib ki, alman turist martın 6-da tarixi abidələrin olduğu Luksordan gəmi ilə Hurhaqa limanına gəlib. Turistləri daşıyan gəminin 33 sərnişini bu təhlükəli virusa yoluxmuş, onlar xəstəxanada karantin altına alınmışdı. Onlardan biri, 60 yaşlı Almaniya vətəndaşı martın 8-də Matruh şəhərində yerləşən həmin xəstəxanada həyatını itirib.

Misirin Səhiyyə naziri pasiyentin ölümü ilə bağlı almaniyalı həmkarına da məlumat verib. Digər turistlərin müalicəsi davam etdirilir.
Bu, Misirdə koronavirus xəstəliyindən ilk ölüm faktıdır.

Oxuməni.az