Çində daha 44 nəfər yeni növ koronavirusa yoluxub

Çində daha 44 nəfər yeni növ koronavirusa yoluxub

8 Mart 2020 11:15
Bəyəndim (1) Bəyənmədim (0)

Son bir gündə Çində yeni növ koronavirus infeksiyasının qurbanlarının sayı 27 nəfər, virusa yoluxanların sayı 44 nəfər artıb, daha 1,6 min insan bu virusdan xilas olub.

Oxuməni.az Rosbalt.ru-ya istinadən xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi açıqlama yayıb.

Məlumata görə, koronavirusun yayıldığı bütün dövr ərzində ölkədə qeydə alınan yoluxma hallarının sayı təxminən 80,7 minə çatıb, 57 min insan sağalıb, 3097 nəfər isə kornavirusun qurbanına çevrilib.

Oxuməni.az