Dərnəgüldə  yanğın baş verib

Dərnəgüldə yanğın baş verib

6 Mart 18:25
5 575
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Nərimanov rayonunun Ziya Bünyadov prospekti 104 ünvanında ümumi sahəsi 1800 kvadratmetr olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərin (taxta emalı sexi, boyama sexi və bir hissəsi anbar kimi istifadə olunur) yanar konstruksiyaları və içərisində olan əşyalar 70 kvadratmetr sahədə yanıb.

Oxuməni.az-a Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxuməni.az