İctimai Palatanın mitinqində jurnalistlərlə bağlı problem yaşanmayıb

İctimai Palatanın mitinqində jurnalistlərlə bağlı problem yaşanmayıb

9 Aprel 2012 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Mətbuat Şurasının (MŞ) monitorinq qrupu İctimai Palatanın aprelin 8-də keçirilən mitinqində jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparıb. MŞ-dan verilən məlumata görə, qurumun mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvlərinin iştirak etdikləri monitorinq zamanı media təmsilçiləri ilə bağlı hər hansı insident qeydə alınmayıb.

Qeyd edək ki, Daimi Komissiyanın tərkibinə Mətbuat Şurası ilə yanaşı, Baş Prokurorluğun, Daxili İşlər və Ədliyyə Nazirliklərinin nümayəndələri daxildirlər. Komissiya üzvləri eyni zamanda müəyyənləşdiriblər ki, aksiyanı işıqlandıran jurnalistlər əvvəlki aksiyalarla müqayisədə üzərində "PRESS" yazılmış xüsusi gödəkcələrində olmağa daha çox üstünlük veriblər.

O.M.