İsa kimi çarmıxa çəkildilər

İsa kimi çarmıxa çəkildilər

22 Aprel 2011 16:06
964
Bəyəndim (0) Bəyənmədim (0)

Həzrəti İsanın çarmıxa çəkildiyinə inanılan "Müqəddəs cümə"nin ildönümü Filippində "acı içində" qeyd olundu. İsanın çarmıxa çəkilişinin canlandırıldığı ritualda 20 nəfərdən çoxu diri-diri əllərindən və ayaqlarından çarmıxa çəkildi.




Hər il düzənlənən ritual mərkəzdən - Maniladan 80 km uzaqlıqdakı San-Fernandoda reallaşdırıldı. Minlərlə insanın bir araya gəldiyi tədbirdə iştirak edənlər qamçılanan, tövbə edən, çarmıxa çəkilənləri təəccüblə izlədi. Yandırıcı Günəş altında çarmıxa çəkilmədən öncə fikirlərini dilə gətirən 55 yaşlı Airks Lararanq, "Hz.İsanın bu il diləklərimi yerinə yetirməsini və lotoda mənə uğur qazandırmasını istəyirəm", - sonradan 13 sm-lik mismarlarla əl və ayaqlarından çarmıxa çəkildi. Altıncı dəfə çarmıxa çəkilən Roli Pantoja isə, "Özümü yeni doğulmuş uşaq kimi hiss edirəm. Heç ağrım yoxdur", - deyə münasibətini bildirdi.

60 il bundan əvvəl Pampamqada başlanan bu adət əsasən günahı bağışlanmayanlar üçün start götürübmüş. Rituala inananlar sağlamlıqlarına qovuşacaqlarına və arzularının həyata keçəcəklərinə inanırlar. Hətta tam 25 ildir ki, "Müqəddəs cümə"nin 50 kq-lıq tacını başında gəzdirən Ruben İnaje 2 il sonra təqaüdə çıxmağa hazırlaşır.

Bu arada onu da nəzərinizə çatdıraq ki, katolik kilsəsi bu rituala tamamən qarşıdır. Bu, lap bizdəki özünüqamçılama mərasiminə bənzəyir...


Günel Həbib


O.M.