Deputat Çingiz Qənizadə «Azərenerji» rəhbərliyini korrupsiyada ittiham etdi

Deputat Çingiz Qənizadə «Azərenerji» rəhbərliyini korrupsiyada ittiham etdi

6 Aprel 2012 13:53
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən iclasında deputat Çingiz Qənizadə "Azərenerji" ASC-nin və qurumun rəhbərliyinin fəaliyyətini sərt şəkildə tənqid edib. Daha doğrusu, ASC tərəfindən milyonlarla manat büdcə vəsaitinin mənimsənilməsi iddiası ilə çıxış edib. Deputat Hesablama Palatasının 2011-ci il üzrə hesabatında göstərilən konkret faktları diqqətə çatdırıb. O, əldə etdiyi faktlarla bağlı Baş Prokurorluğa və Hesablama Palatasının rəhbərliyinə müraciət edəcəyini vurğulayıb.

O.M.