Liviya iqtidarı itkilər verib

Liviya iqtidarı itkilər verib

22 Aprel 2011 16:11
1 008
Bəyəndim (0) Bəyənmədim (0)

NATO-nun komandanlığı altında koalisiya qüvvələrinin hava zərbələri Müəmmar Qəddafiyə sadiq qüvvələrin hərbi potensialını 30-40 faiz azaldıb.


"Lenta.ru" saytının yaydığı məlumata görə, bəyanatı Bağdad yaxınlığında ABŞ-ın hərbi bazalarına səfəri zamanı Birləşmiş Qərargahlar Komitəsinin rəisi, admiral Mayk Mallen verib. Mallen bildirib ki, burada söhbət yalnız quru qüvvələrindən gedir. O, Müəmmar Qəddafi tərəfdarlarının itkilər verməkdə davam edəcəyini də açıqlayıb.


Bundan başqa o, "Əl-Qaidə" terror təşkilatına qarşı da əməliyyatların keçirildiyini və uğurlu nəticələr əldə edildiyini deyib.


Qeyd edək ki, NATO komandanlığı aprelin əvvəllərində Liviyanın üçüncü hərbi potensialının məhv edildiyini açıqlamışdı. Söhbət təkcə hərbi birləşmələrdən deyil, həm də hərbi infrastrukturun məhvindən, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin verdiyi itkilərdən gedir.


ABŞ liviyalıları bir-birinə qırdırır. Bu dəfə növdə Qəddafi qüvvələrinindir. Sabah isə həmişəki kimi...


Elvin Babayev


O.M.