Cəbhədə atəşkəs yenidən pozuldu

Cəbhədə atəşkəs yenidən pozuldu

6 Aprel 2012 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat\r\nxidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin\r\nbölmələri aprelin 5-də saat 16.35-dən 16.40-dək Qazax rayonunun Barxudarlı kəndi\r\nyaxınlığında yerləşən mövqelərdən, saat 17.40-dan 17.45-dək Xocavənd rayonunun\r\nKuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 6-da saat 01.45-dən\r\n01.50-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat\r\n05.20-dən 05.30-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən\r\nmövqelərdən, saat 05.25-dən 05.35-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında\r\nyerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat\r\nvə pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

\r\n\r\n\r\n\r\n

O.M.

\r\n\r\n\r\n\r\n