ABŞ texnikası rus hərbi maşınını yoldan çıxardı+Video

ABŞ texnikası rus hərbi maşınını yoldan çıxardı+Video

20 Fevral 2020 12:06
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ ordusuna məxsus M-ATV tipli zirehli maşının Suriyada hərbi karvanı ötüb keçməyə çalışan Rusiya hərbi texnikasını sıxışdırıb yoldan çıxarması ilə bağlı görüntülər ortaya çıxıb.

Oxuməni.az xəbər verir ki, insident Suriyanın Qamışlı şəhəri yaxınlığında baş verib.

Sosial şəbəkələrə yerləşdirilmiş videoda Rusiya ordusuna aid 3 hərbi maşından ibarət karvanın 2 ədəd ABŞ zirehli texnikasının arxasınca düşdüyü görünür. Bu vəziyyətdə getməkdən bezən rus hərbi maşınlarından biri ABŞ nəqliyyat vasitəsini arxada qoyur və sürət yığaraq ikinci maşını da ötmək istəyir. Lakin ABŞ ordusuna aid zirehli texnika rusların maşınını sıxışdıraraq yolun kənarına çıxarır.

ABŞ Mərkəzi Komandanlığının rəsmisi Uilyam Urban hadisə barədə xəbərdar oluqlarını və araşdırma apardıqlarını bildirib.

Oxuməni.az