Afinada nəqliyyat iflic olub

Afinada nəqliyyat iflic olub

19 Fevral 17:11
911
Bəyəndim (0) Bəyənmədim (1)

Afinada ictimai nəqliyyat işçilərinin 24 saatlıq aksiyası şəhərdə nəqliyyatı iflic edib.

Oxuməni.az xəbər verir ki, uzun növbələr yaranıb, avtobus, trolleybus, metro fəaliyyətini dayandırıb. Gəmilər limanlarda qalıb.

Etiraz aksiyasına səbəb 2019-cu ilin mayında SİRİZA partiyası tərəfindən qəbul edilən 13-cü maaşla bağlı qanunun hazırkı hökumət tərəfindən ləğv edilməsi, yeni qalmaqallı “Sosial müdafiə qanunu”nun qəbul edilməsidir.

Oxuməni.az