"Sədərək" Ticarət Mərkəzində 25-28 mağaza tam yanıb

"Sədərək" Ticarət Mərkəzində 25-28 mağaza tam yanıb

18 Fevral 2020 11:03
Bəyəndim (1) Bəyənmədim (0)

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı 22 mağaza tam yanıb, 8 mağazaya isə söndürülərkən ziyan dəyib.

Oxuməni.az-ın xəbərinə görə yanğın tam söndürülüb: "Tüstüdən zəhərlənmə ilə bağlı bir neçə nəfərə ilkin tibbi yardım göstərilib. Hadisə nəticəsində yanan mağazalardakı mallar əsasən pərdə və parçalardır".

Hazırda ərazidə təmizləmə işləri gedir.

Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib.

Oxuməni.az