Əsgərimiz vuruldu

Əsgərimiz vuruldu

22 Aprel 2011 15:52
879
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi yaralanıb. Hadisə cəbhənin Ağdam rayonu istiqamətində qeydə alınıb.


Ermənilərin atəşkəsi pozması nəticəsində ordumuzun giziri, 1982-ci il təvəllüdlü Anar Əli oğlu Süleymanov düşmən snayperləri tərəfindən vurulub. Güllə yarası alan gizir dərhal hərbi hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib. Bildirilib ki, gizirin vəziyyəti kafidir.


Ərlər-ərənlər üz-üzə vuruşarlar. Xəlvətdə gizlənib vurmaq isə ermənilərin adətidir.


Elvin Babayev


O.M.