Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozdu

Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozdu

5 Aprel 2012 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri aprelin 4-də saat 16.45-dən 17.00-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi, saat 08.30-dan 08.50-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.20-dən 22.30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.