VİDEO-14 yaşlı "Oxu Məni"nin saytının 1 yaşı tamam oldu!

VİDEO-14 yaşlı "Oxu Məni"nin saytının 1 yaşı tamam oldu!

4 Aprel 2012 16:44
Bəyəndim (0) Bəyənmədim (0)
Tədbirdə həmçinin əməkdaşlarımız Murad Şahməmmədovun 32 yaşını və Aqil Hüseynovun oğlunun cəbhə xəttində çavuş kimi fəaliyyətə başlamasını qeyd etdik

04.04.2012-ci il tarixində "Oxu Məni" media qrupunun baş ofisində bir neçə hadisənin şərəfinə böyük bir şadyanalıq qeyd olundu. İlk əvvəl Oxumeni.az saytının bir yaşı qeyd olundu. Daha sonra bu günə təsadüf edən digər hadisə xatırlandı. Başqa sözlə desək, həyatının 14 ilini "Oxu Məni" ailəsinə sərf edən əməkdaşımız Murad Şahməmmədovun 32 yaşı təmtəraqla qeyd edildi. Bu gün həm də onunla əlamətdar idi ki, əməkdaşımız Aqil Hüseynovun böyük oğlu Amil cəbhə xəttinin Tərtər zonasında artilleriya batareyasında çavuş rütbəsində əsgəri xidmətə başlamışdı. Hər 3 mərasim Aqil Hüseynovun təşkilatçılığı ilə redaksiyanın mərkəzi ofisində təşkil olundu. Tədbirdə "Oxu Məni" yaradıcı heyətinin cəmi bir neçə üzvü iştirak etsə də, hamının adından mətbəənin icraçı direktoru, Oxumeni.az-ın Balkanlar üzrə xüsusi müxbiri olan Ali Kanın atası Halil Kan çıxış etdi.

O.M.