İçdiyiniz suyun tərkibini bilirsinizmi?

İçdiyiniz suyun tərkibini bilirsinizmi?

22 Aprel 2011 15:33
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə aprel ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, aprel ayının II ongünlüyündə Kür çayında suyun sərfi 455 m3/san təşkil edib. Monitorinqlərin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaş su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində mis birləşmələri 2, fenollar 3, Ağstafaçay su anbarında isə fenollar 4, mis birləşmələri 3 dəfə YVQH-ni keçib.

Aprel ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayının Horadiz və Bəhramtəpə məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar və mis birləşmələri 3 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 6,2-10,04 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.


İnsan orqanizminin ¾ hissəsi mayedir. Deməli...


Elvin Babayev


O.M.