Bakıda “KamAz” avtobus və beş avtomobili əzdi+VİDEO

Bakıda “KamAz” avtobus və beş avtomobili əzdi+VİDEO

11 Fevral 17:01
2 359
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda baş verən dəhşətli qəzanın görüntüləri yayımlanıb.

Oxuməni.az bildirir ki, qəza zamanı “KamAz” markalı yük avtomobili altı nəqliyyat vasitəsini əzib.

Belə ki, yük maşını işıqforun qırmızı işığında dayanan avtomobillərə çırpılıb. Nəticədə, maşınlardan biri aşıb.

Qəzada zərər görən nəqliyyat vasitələrindən biri sərnişin avtobusu olub.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilib.

Videonu Avtosfer.az saytı yayıb.

Oxuməni.az