119 miqrant İspaniyaya gəlib

119 miqrant İspaniyaya gəlib

11 Fevral 2020 14:34
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın Malaga limanına Aralıq dənizində bir gün əvvəl xilas olan 119 miqrant gəldi.

Oxuməni.az Euronews-a istinadən xəbər verir ki, Sahil mühafizəçiləri Mərakeşdən İspaniya vasitəsilə Avropaya getmək istəyən miqrantla dolu qayıqıar aşkar ediblər. Ələ keçirilən qayıqlarda qaçqınlar, o cümlədən 26 qadın və beş uşaq olub. Həkimlərin dediyinə görə, özlərini yaxşı hiss edirlər.

Çərşənbə axşamı səhər saatlarında İspan gəmiləri içərisində 67 nəfərin olduğu daha iki qayıq aşkarlayıblar.

İspaniya iki il əvvəl Aİ ölkələri arasında qəbul edilən miqrantların sayına görə lider olub. Krallıq Avropa İttifaqından sərhədlərin möhkəmləndirilməsi və əcnəbilərin inteqrasiyası üçün 140 milyon avro alıb.

Oxuməni.az