Güclü qasırğa Avropa ölkələrini cənginə alıb+VİDEO

Güclü qasırğa Avropa ölkələrini cənginə alıb+VİDEO

11 Fevral 11:11
1 304
Bəyəndim (0) Bəyənmədim (0)

“Kiara” qasırğası bir sıra Avropa ölkələrində həyatı iflic edib.

Oxuməni.az-ın “Newsru.com”a istinadən məlumatına görə, təbiət hadisəsi nəticəsində Böyük Britaniya, İrlandiya, Fransa, Belçika, Niderland, Lüksemburq, Almaniya, İsveçrə və Avstriya zərər çəkib.

Qasırğanın ilk zərbəsi Britaniya adalarına dəyib. Burada küləyin sürəti saatda 150 km-i keçib, aramsız yağan yağışlar daşqınlara səbəb olub. “Sky News” yazır ki, Böyük Britaniyada 539 min ev işıqsız qalıb. Bir çox aviareys və qatarlar təxirə salınıb, bərə xidməti öz fəaliyyətini dayandırıb. Təşkilatçılar irimiqyaslı idman tədbirlərinin tarixini dəyişməli olub.

Fransada güclü külək ölkənin şimal hissəsində ağacları aşırıb və evlərin damlarını uçurub. Eyfel qülləsində küləyin sürəti saatda 152 kilometrə çatıb. Təbiət hadisəsi səbəbindən regionun bir neçə aeroportunda reyslər ləğv olunub. Bir neçə nəfər yüngül xəsarət alıb.

Almaniyada qasırğa ciddi nəqliyyat problemlərinə gətirib çıxarıb. “Deutsche Bahn” dəmiryolu kompaniyası ölkə üzrə bütün reysləri təxirə salıb. Ölkənin qərbindəki bir neçə federal torpaqda da regional qatarların hərəkəti dayandırılıb.

Aşan ağaclar şəhərlərarası və beynəlxalq qatarların dayanmasına səbəb olub. Emsland regionunda Amsterdamdan Berlinə gedən qatar ağacların üstünə çıxıb. İlkin məlumata görə, 300 sərnişindən heç biri xəsarət almayıb.

“Eurowings” aviakompaniyası Hamburq, Berlin, Hannover, Dortmund, Düsseldorf, Köln və Ştutqart aeroportlarından bütün uçuşları təxirə salıb. “Lufthansa” bazar ertəsi Münhendən həyata keçirilən bütün reysləri təxirə saldığını açıqlayıb.

Qasırğadan 9 nəfər zərər çəkib, onların üçü ağır yaralanıb. İnsidentlər yol-nəqliyyat hadisəsi, ağac və şiferlərin düşməsi nəticəsində baş verib.






Oxuməni.az