Cəbhə xəttində silahlar susmaq bilmir

Cəbhə xəttində silahlar susmaq bilmir

4 Aprel 2012 09:57
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri aprelin 3-də saat 14.30-dan 14.35-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 19.05-dən 19.10-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 21.45-dən 21.55-dək və 22.40-dan 23.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 12.55-dən 13.15-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 13.30-dan 13.40-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 09.45-dən 09.50-dək, aprelin 4-də 00.50-dən 01.00-dək və 00.30-dan 00.40-dək Ağdam rayonunun Yusifcanlı və Şirvanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən və saat 00.10-dan 00.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.