Respublika Baş Prokurorluğu Bakı Şəhər Prokurorluğunda yoxlamalara başladı

Respublika Baş Prokurorluğu Bakı Şəhər Prokurorluğunda yoxlamalara başladı

3 Aprel 2012 12:54
Bəyəndim (0) Bəyənmədim (0)

Respublika Baş Prokurorluğu Bakı Şəhər Prokurorluğunda yoxlamalara başlayıb. Yoxlamalar Bakı şəhər prokuroru Əziz Seyidovun 5 illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar həyata keçirilir. Baş Prokurorluq Bakı şəhər prokurorunun 5 illik fəaliyyətini araşdırır və yaxın günlərdə yoxlamalar yekunlaşacaq. Bundan sonra Bakı şəhər prokurorunun vəzifədə qalıb-qalmaması məsələsi həll olunacaq.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, rayon və şəhər prokurorları baş prokurorun əmri ilə 5 illik müddətə təyin olunurlar. Bakı şəhər prokuroru Əziz Seyidovun səlahiyyət müddəti aprelin 20-si başa çatır.

O.M.