Cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs pozuldu

Cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs pozuldu

3 Aprel 2012 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri aprelin 2-də saat 17.10-dan 17.15-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 19.15-dən 19.25-dək, 22.30-dan 23.00-dək və 23.05-dən 23.35-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərini, saat 08.15-dən 08.20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.10-dan 21.15-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.45-dən 22.50-dək və aprelin 3-də 00.20-dən 00.25-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.