Kəlbəcərin işğalının 19-cu ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət olundu

Kəlbəcərin işğalının 19-cu ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət olundu

2 Aprel 2012 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Kəlbəcərin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 19-cu ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət olunub. Qarabağ Azadlıq Təşkilatının (QAT) fəalları, qaçqın və məcburi köçkünlər, keçmiş döyüşçülər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlərin ruhunu yad edib, məzarlarına gül-çiçək dəstələri qoyublar. "Əbədi məşəl" kompleksinin qarşısında toplaşan ziyarətçilər qarşısında çıxış edən QAT sədri Akif Nağı deyib ki, Azərbaycan xalqı Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq qurumların vasitəçiliyindən imtina etməli, hərbi yolla torpaqlarını özü azad etməlidir. QAT sədri erməni işğalına son qoyulmasına nail ola bilməyən beynəlxalq qurumları ermənipərəst, qeyri-obyektiv mövqe tutmaqda ittiham edib.

Xatırladaq ki, 1992-ci ildə Kəlbəcərin işğalı zamanı 511 nəfər yerli sakin ermənilər tərəfindən qətlə yetirilib, 321 nəfər əsir və girov götürülüb, 13 min yaşayış evi, 500-dən çox ictimai bina, 76 səhiyyə müəssisəsi, 172 mədəniyyət obyekti, 4 tarixi abidə məhv edilib.

O.M.