Obamanın anası dəfələrlə döyülüb

Obamanın anası dəfələrlə döyülüb

22 Aprel 2011 14:47
834
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ prezidenti Barak Obamanın anasının həyatından bəhs edən kitabda Obamanın uşaq olarkən irqi ayrı seçkiliyə məruz qalması faktı meydana çıxıb.

"Hindistan Times" qəzetinin verdiyi məlumata görə, Canni Skotun qələmə aldığı "Singular Woman: The Untold Story of Barak Obamas Mother "adlı kitabda Obamanın anasının ögey atası tərəfindən döyüldüyü üzə çıxıb.

Yaxında nəşr olunacaq kitabda Obamanın anası Ann Dunhamın 18 yaşında Baraka hamilə olarkən afrikalı Barak Hüseyn Obama ilə evlənib, sonra ondan boşanıb indoneziyalı Lolo Soretoro ilə evlənməsindən bəhs edilir. Obamanın anası oğlunun siyasətdəki "Ağ Ev" tacına layiq görüldüyünü görmədən – 1995-ci ildə ölüb.

Seçkiqabağı Obamanın anasından da əl çəkmirlər. Adam qara olanda qaragün olmaz ki...


Günel Həbib


O.M.