Koronavirusa yoluxanların sayı artır

Koronavirusa yoluxanların sayı artır

22 Yanvar 09:26
541
Bəyəndim (0) Bəyənmədim (5)

Çində yeni növ koronavirusa yoluxanların sayı 324-ə çatıb.

Oxuməni.az-ın məlumatına görə, daha əvvəl pnevmaniyanın yeni növünə yoluxanların sayının 450 olduğu bildirilirdi.

Yoluxmaların ən çoxu - 300 nəfər - administrativ mərkəzi Uxan olan Xubey, daha 30-u ölkənin cənubundakı Quandun əyalətlərində, 10-u - Pekində, 6-sı Şanxayda, hər birində 5 olmaqla şərqdə yerləşən Çşetzianda və cənub-qərbdəki Çuntsin şəhərində qeydə alınıb.

Həkimlərin dediklərinə görə, koronavirusun əlamətləri burun axması, öskürək, boğaz ağrısı və sinə darlığı kimi simptomlarla xarakterizə olunur. Bir neçə gün davam edə biləcək baş ağrısı və hərarət də ola bilər. Risk altında olan insanlar əsasən immunitet sistemi zəifləmiş, uşaqlar və yaşlılardır. Xəstəlik, həmçinin pnevmaniya və bronxitə oxşar simptomlarla da müşahidə edilir.

Oxuməni.az