Bakı şəhər prokurorluğu Akif Nağıya yazılı surətdə xəbərdarlıq etdi

Bakı şəhər prokurorluğu Akif Nağıya yazılı surətdə xəbərdarlıq etdi

30 Mart 2012 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. Dəvət EuroNest Parlament Assambleyasının Bakıda keçiriləcək plenar sessiyasında Ermənistan nümayəndə heyətinin iştirakına etiraz əlaməti olaraq QAT-ın təşkil edəcəyi etiraz aksiyası ilə bağlı olub. BŞBPİ-nin rəis müavini Səhlab Bağırov və Bakı şəhər prokurorunun köməkçisi Həsən Əliyev A.Nağıya yazılı şəkildə xəbərdarlıq ediblər. Xəbərdarlıqda tədbir keçirilən zaman asayiş pozulması halına yol verilməsinin cinayət məsuliyyəti doğura biləcəyi qeyd olunub.

O.M.