Kəşmir vilayətində naməlum xəstəlik üzündən 10 uşaq ölüb
Səbəbi bilinməyən naməlum xəstəlik üzündən son iki həftədə 10 uşaq ölüb.
Oxuməni.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Hindistanın Kəşmir vilayətində baş verib.
Hind mediasında yayılan xəbərlərə görə, bəzi uşaqların yüksək hərarət və qusma ilə bağlı şikayətləri olub. Eyni xəstəlikdən 6 uşağın vəziyyətinin kritik olduğu deyilir.
Hadisənin ardından bölgəyə gələn həkimlər xəstəliyin əsas səbəbinin tapılması ilə bağlı araşdırmaların aparıldığını qeyd edib.
Oxuməni.az
Digər xəbərlər