Rusiyanın Tomsk vilayətində yanğın nəticəsində ölənlərin 10-u Özbəkistan vətəndaşıdır

Rusiyanın Tomsk vilayətində yanğın nəticəsində ölənlərin 10-u Özbəkistan vətəndaşıdır

21 Yanvar 2020 10:56
Bəyəndim (3) Bəyənmədim (0)

Oxumeni.az xəbər verir ki, Tomsk vilayətinin Priçulımski qəsəbəsində baş verən yanğın nəticəsində 11 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Ölənlərin 10-u Özbəkistan vətəndaşıdır. Yanğının istilik qurğusunda qısaqapanma nəticəsində baş verdiyi ehtimal olunur.

Hadisə “Qrinvud” ağac emalı şirkətinin ərazisində baş verib. Ərazidəki taxta yataqxanada istehsalatda işləyən fəhlələr yaşayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az