Perm şəhərində istilik borusunun partlaması nəticəsində beş nəfər ölüb
Rusiyanın Perm şəhərində isti su borusunun partlaması nəticəsində beş nəfər ölüb.
Oxumeni.az Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yanvarın 20-də gecə Permdəki yaşayış evinin birinci mərtəbəsində yerləşən “Karamel” otelində isti su borusu partlayıb. Nəticədə beş nəfər, o cümlədən bir uşaq ölüb. Bundan başqa, azı üç nəfərin xəsarət aldığı bildirilir. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Hadisə ilə bağlı cinayət işi açılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər