Sumatra adasında körpü çöküb, ölənlər və yaralananlar var

Sumatra adasında körpü çöküb, ölənlər və yaralananlar var

20 Yanvar 2020 20:00
Bəyəndim (1) Bəyənmədim (0)

İndoneziyanın Sumatra adasında körpünün çökməsi nəticəsində 9 nəfər ölüb, 17 nəfər yaralanıb.

Oxumeni.az xəbər verir ki, leysan yağışları nəticəsində yaranan sel Benkulu əyalətində körpünün çökməsinə səbəb olub. Dağıntılar altında qalmış insanların axtarışına 100-dən çox xilasedici, əsgər, polis, təbii fəlakətlərə qarşı mübarizə aparan Xüsusi Milli Agentliyin işçiləri və könüllülər cəlb olunub.

Qeyd edək ki, İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyi yanvar və fevral aylarında ölkənin bir neçə bölgəsində leysan yağışlarının yağması ilə bağlı əvvəlcədən xəbərdarlıq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az