Rusiya vətəndaşı liftdə bir kisə brilyant tapdı

Rusiya vətəndaşı liftdə bir kisə brilyant tapdı

30 Mart 2012 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

"Интерфакс-Сибирь" agentliyinin Rusiya Federasiyası DİN Krasnoyarsk Şəhər Daxili İşlər İdarəsinə istinadən yaydığı məlumata görə, şəhərin 34 yaşlı sakini bazar günü işdən evə gələrkən liftdə içərisində 476 brilyant daş olan kisə tapıb. Qadın polisə müraciət etməzdən əvvəl tanış zərgərdə daşların əyarını yoxladıb. Ona bildiriblər ki, 476 daşın hər biri müxtəlif əyyarlı brilyantdır. Daha sonra qadın faktla bağlı Krasnoyarsk Şəhər Daxili İşlər İdarəsinə müraciət edib. Hazırda daşlar kriminal laboratoriyada təhlil edilir. Polislər onların brilyant olub-olmamağı barədə fikir yürütməyə tələsmirlər.

O.M.