Avstraliyanın bir tərəfində yanğın, o biri tərəfində leysan...

Avstraliyanın bir tərəfində yanğın, o biri tərəfində leysan...

18 Yanvar 14:27
1 714
Bəyəndim (2) Bəyənmədim (0)

Avstraliya güclü yanğınlardan sonra daha bir təbii fəlakətlə üz-üzə qalıb.

Oxumeni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Kvinslend ştatında güclü leysan yağışları daşqınlara səbəb olub. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində ciddi problem yaranıb, yollar bağlanıb. Bu cür güclü yağıntıların "yüz ildə bir dəfə" olduğu bildirilir.
Ştatın meteorologiya xidməti hazırda güclü yağışların dayandığını, lakin həftə sonları yenidən başlanacağı təhlükəsini qeyd edib.

Bununla yanaşı qonşu Yeni Cənubi Uels və Viktoriya ştatlarında meşə yanğınları davam edir. Oradakı bir çox insan elektriksiz qalıblar.

Qeyd edək ki, Avstraliyada 2019-cu ilin sentyabrından başlayan və hələ də söndürülməyən təbii yanğınlar nəticəsində milyonlarla hektar ərazi yanıb. Dekabrda isə 27 nəfər ölüb, 2 mindən çox ev dağılıb. Sidney Universitetin təxmini hesablamasına görə, yanğınlarda milyarddan çox heyvan ölüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az