Bu gün və sabah Bakının bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bu gün və sabah Bakının bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

30 Mart 2012 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun məlumatına görə, Qırğızıstan prezidenti Almazbek Atambayevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətində məhdudiyyət yaranacaq. Belə ki, qonaqların təhlükəsizliyini təmin etmək məqsədlə bu gündən sabah səfər başa çatanadək fasilələrlə Aeroport şosesi, Heydər Əliyev, Azadlıq prospektləri, Mehdi Hüseyn, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva küçələri, Neftçilər prospekti, "Azneft" meydanı və Fəxri Xiyabanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində fasilələrlə məhdudiyyət olacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

O.M.