Ermənistan ordusu cəbhənin şimal-qərb istiqamətində fəallaşdı

Ermənistan ordusu cəbhənin şimal-qərb istiqamətində fəallaşdı

30 Mart 2012 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri martın 29-da saat 16.50-dən 16.55-dək Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.05-dən 17.10-dək və 17.15-dən 17.20-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqezor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Qaralar kəndlərində yerləşən mövqelərimizi, saat 11.30-dan 11.35-dək, 23.47-dən 23.56-dək və martın 30-da saat 05.46-dan 05.57-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan və Berdavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Kəmərli kəndlərində yerləşən mövqelərimizi, saat 00.50-dən 00.58-dək və 05.15-dən 05.20-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Ayqovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Balacəfərli kəndlərində yerləşən mövqelərimizi, saat 01.15-dən 01.30-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən və saat 05.00-dan 05.10-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub.

O.M.