Rüşvət alan yol polisi işdən azad olundu + Video

Rüşvət alan yol polisi işdən azad olundu + Video

14 Yanvar 11:20
1 989
Bəyəndim (1) Bəyənmədim (0)

Sosial şəbəkələrdə yük avtomobillərindən rüşvət alması barədə videosu yayılan yol polisi işdən azad olunub.

Oxumeni.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib.

İdarə rəsmisi bildirib ki, Daxili İşlər naziri, general-polikovnik Vilayət Eyvazovun əmri ilə Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev polisin nüfuzuna və daxili işlər orqanı əməkdaşı adına ləkə gətirdiyinə görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılmışdı. Videoda V. Mehdiyev yük maşınlarının sürücülərindən “postun pulu” adı ilə hər maşına görə 10 manat tələb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az