Avstraliyada yanğınlar davam edir + Video

Avstraliyada yanğınlar davam edir + Video

13 Yanvar 2020 05:55
Bəyəndim (2) Bəyənmədim (0)

Ötən ilin payızından Avstraliyada tüğyan edən meşə yanğınlarının qurbanı artıq 28 nəfər olub. Həlak olanlar arasında fəlakətlə mübarizə aparan beş yanğınsöndürən də var. Şənbə günü Sidney operasının dünya şöhrətli binasında onların xatirəsinə anılıb.

Oxumeni.az evronews-a istinadən xəbər verir ki, Avstraliyanın Baş naziri Skott Morrison başsağlığı sözləri ilə həlak olanların qohumlarına müraciət edib:

– Bu, dəhşətli faciədir, bu dəhşətli yanğınlarda bu qədər insan həlak olub. İyirmi səkkiz nəfər yanğın qurbanı olmuşdur.
Görülən tədbirlərə baxmayaraq, yanğınlar səngimir. Yanğına görə artıq səkkiz milyondan çox tülkü məhv olub, 2000-dən çox ev yanıb. Müxtəlif hesablamalara görə, yanğınlarda təxminən bir milyard heyvan həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:

(055)7717799(Whatsapp)