İtaliyada sərxoş sürücü avtomobili turistlərin üzərinə sürüb

İtaliyada sərxoş sürücü avtomobili turistlərin üzərinə sürüb

5 Yanvar 2020 13:00
Bəyəndim (2) Bəyənmədim (0)

İtaliyanın Avstriya ilə sərhədində yerləşən Lutaqo qış kurortu bölgəsində sərxoş sürücü avtomobili Almaniyadan olan turist qrupunun üzərinə sürüb.

Oxumeni.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində 6 turist ölüb, daha 11-i isə xəsarət alıb. Yaralananlardan birinin vəziyyəti ağır olduğu üçün o, helikopterlə Avstriyanın İnsburq şəhərinə aparılıb.

Hadisə yerinə İtaliya Xilasetmə Xidmətinin 160-dan çox əməkdaşı cəlb olunub. Ölənlərin şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az