Bağdad aeroportu raket atəşinə tutulub

Bağdad aeroportu raket atəşinə tutulub

3 Yanvar 2020 09:14
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 3-də gecə saatlarında Bağdad beynəlxalq aeroportu yaxınlığında bir neçə güclü partlayış baş verib.

Oxumeni.az Al Hadath telekanalına istinadla xəbər verir ki, ilkin məlumata görə, raket zərbələri aeroportun ətrafında yerləşən ABŞ hərbi bazalarından atılıb. Raketlərdən biri uçuş-eniş zolağına düşdüyündən aeroport müvəqqəti olaraq bağlanıb.

Telekanal İraq hərbçiləri, eləcə də mülki şəxslər arasında ölən və yaralananlar barədə məlumatların daxil olduğunu xəbər verir. Aeroport üzərindəki səmada bir neçə helikopterin uçduğu bildirilir.

Son məlumata görə, hadisə nəticəsində azı 12 hərbçi yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az