Meksika həbsxanalarında dava - 16 ölü, 5 yaralı

Meksika həbsxanalarında dava - 16 ölü, 5 yaralı

2 Yanvar 2020 20:22
Bəyəndim (1) Bəyənmədim (0)

Meksikada iki həbsxanada məhkumlar arasında dava ölümlə nəticələnib.

Oxumeni.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Sienequellas həbsxanasında baş verən hadisədə 16 nəfər dünyasını dəyişib. Zakatekas əyalətindəki həbsxanada baş verən davada isə 5 nəfər ağır yaralanıb.

2 saat yarım davam edən davada məhkumlar bir-birilərinə silahla atəş açıblar.

Hər iki insidentlə bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az