Cakartada baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 21 nəfər həlak olub

Cakartada baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 21 nəfər həlak olub

2 Yanvar 2020 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

İndoneziyanın paytaxtı Cakarta şəhərində Yeni il ərəfəsində baş verən güclü yağışlar nəticəsində daşqınlar və torpaq sürüşmələri səbəbindən 21 nəfər həlak olub.

Oxumeni.az yerli KİV-lərə istinadla xəbər verir ki, son illərin ən böyük daşqınları nəticəsində 30 mindən çox insanın təxliyəsi Cənubi-Asiyanın ən böyük şəhərlərindən birində xaosa səbəb olub. Paytaxtın bir çox rayonlarında elektrik enerjisinin verilişi dayandırılıb.

Yanvarın 2-də İndoneziya Prezidenti Coko Vidodo şəhər administrasiyanın və mərkəzi hökumətin fəaliyyətinin əlaqələndirilməsinə və təxliyə zamanı təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirilməsinə çağırıb.

İndoneziya Nazirlər Kabineti isə Geofizika Agentliyinə istinadla fövqəladə hava şəraitinin yanvarın 7-dək davam edəcəyini bildirib. Bununla əlaqədar, yerli əhaliyə növbəti daşqınlar və torpaq sürüşmələrinə görə diqqətli olmaq tövsiyə edilib.

Əlavə olaraq qeyd edək ki, Cakartada və ona yaxın ətraf rayonlarda təqribən 30 milyon insan yaşayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az