VİDEO-Xocalıda 13 yaşlı uşağın diri-diri dərisini soymuş erməni həkim bundan qürur duyduğunu yazır

VİDEO-Xocalıda 13 yaşlı uşağın diri-diri dərisini soymuş erməni həkim bundan qürur duyduğunu yazır

24 Mart 2012 17:56
Bəyəndim (0) Bəyənmədim (1)
Zori Balayan daha üç azərbaycanlı uşağın üzərində təcrübə apardığını etiraf edib

Xocalı soyqırımından 20 il ötməsinə baxmayaraq, xalqımız indi də bu dəhşətli hadisənin acılarını yaşayır. İnsanların, dinc əhalinin başına faşistlərə xas işgəncələrin gətirilməsi haqda hələ bundan sonra da çox danışılacaq. Amma qaniçən Zori Balayanın 13 yaşlı uşağın diri-diri dərisini soyması, bundan həzz alması, özünün bunları etiraf edib kitabına daxil etməsi erməni həyasızlığın ən bariz nümunəsidir. "Hüquq və azadlıq" qəzetinin məlumatına görə, Z.Balayan öz kitabında həyasızcasına yazır ki, təcrübə məqsədilə 13 yaşlı uşağın dərisini soyaraq, neçə dəqiqə yaşayacağını müəyyənləşdirib. Həmin uşaq 7 dəqiqədən sonra dünyasını dəyişib. "Axşam eyni təcrübəni daha üç türk çocuğunun üzərində apardıq" deyən Zori Balayan kitabında türklərdən qisas aldığı üçün sevincli olduğunu etiraf edib.

O.M.