Bəşər Əsədin hərbi təyyarəsi Suriya Kəşfiyyat İdarəsinin binasını partlatdı

Bəşər Əsədin hərbi təyyarəsi Suriya Kəşfiyyat İdarəsinin binasını partlatdı

24 Mart 2012 12:47
Bəyəndim (0) Bəyənmədim (0)
Prezidentə tabe olmaq istəməyən pilotlar təyyarəni Türkiyəyə sürdülər

Bu gün Suriya ordusunda növbəti itaətsizlik hadisəsi baş verib. Üsyançılara qarşı xüsusi tapşırıqla havaya qalxan Suriya Hərbi Hava Qüvvələrinin hərbi təyyarəsi gözlənilmədən mövqeyini dəyişərək Suriya Kəşfiyyat İdarəsinin binasını bombardman edib və Türkiyəyə doğru istiqamət alıb. Bombardman zamanı 2 nəfər həlak olub. "Azadlıq Radiosu"nun Rusiya ofisinin məlumatına görə, hazırda İdlibdə 2 yaşayış məntəqəsi, Xoms və Hama şəhərləri, həmçinin Dəməşqin bir sıra yaşayış məntəqələri dövlət qüvvələri tərəfindən atəşə tutulur. Məhz bu əməliyyatlar çərçivəsində əmr alan hərbi təyyarə də havaya qalxdıqdan sonra Hələb şəhərini bombardman etmək əvəzinə Suriya Kəşfiyyat İdarəsinin binasını partladıb.

Xatırladaq ki, Suriyadakı son vəziyyətlə başlı BMT və Ərəb Dövlətləri Liqasının xüsusi elçisi Kofi Annan bu saatlarda Moskvaya yola düşəcək. O, Rusiya rəsmiləri ilə müzakirələr apardıqdan sonra Pekinə yollanacaq.

O.M.