Qarabağ danışıqlarının yeni formatı təklif edilib

Qarabağ danışıqlarının yeni formatı təklif edilib

22 Aprel 2011 13:17
Bəyəndim (0) Bəyənmədim (0)

Sabina Freyzer jurnalistlərə müsahibə verib



"Armenianov.com" saytının verdiyi məlumata görə, Beynəlxalq Böhran qrupunun direktoru Sabina Freyzer erməni mətbuatına müsahibə verib. Müsahibədə Dağlıq Qarabağ problemindən danışan Freyzer Bölgədə müharibə təhlükəsinin gedərək artdığını deyib.


O, "Dağlıq Qarabağda müharibə baş verərsə, onu dayandırmaq çətin olacaq", - deyib. Potensial toqquşmanın qarşısını almaq üçün dünya ictimaiyyəti hadisəyə müdaxilə etməli və sülh danışıqları sürətləndirilməlidir.


Freyzer bölgədə sabitliyin pozulmasını Türkiyə üçün real "başağrısı" adlandırıb. O, "Türkiyə Rusiya ilə münasibətləri bərpa etməyə çalışır. Eyni zamanda NATO üzvü olan Türkiyənin müharibə baş verərsə, Qarabağa müdaxilə şansı yoxdur. Ona görə də yeni yollar axtarılmalıdır", - deyib.


Jurnalistlərin "nə təklif edirsiniz" sualına, "Türkiyə - Rusiya - Azərbaycan - Ermənistan formatında yeni danışıqların başlaması lazımdır", - deyə cavab verib.


Çaqqalla tülkü sənin dilini bilmirlərsə, onlarla necə danışasan? Erməni-rus tandemi ilə ancaq vəhşi meşə qanunları ilə danışmaq olar...


Elvin Babayev


O.M.