Füzulidə Milli Ordunun əsgəri minaya düşdü

Füzulidə Milli Ordunun əsgəri minaya düşdü

16 Mart 2012 13:39
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, cəbhənin Füzuli rayonu istiqamətində Milli Ordunun əsgəri, 20 yaşlı Anar Hüseynqulu oğlu Məmmədov düşmənlə təmas xəttində minanın partlaması nəticəsində ağır yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib. Əsgərin vəziyyəti stabildir.

Xatırladaq ki, A.Məmmədov Bakının Xətai Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

O.M.