Ermənilər ABŞ-da aksiya keçiriblər

Ermənilər ABŞ-da aksiya keçiriblər

22 Aprel 2011 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

24 aprelin yaxınlaşması erməni diasporunun fəallaşmasına səbəb olub. Belə ki, ermənilər ABŞ-ın Kaliforniya ştatında etiraz aksiyası keçiriblər.


Etiraz aksiyası Barak Obamanın verdiyi vədləri yerinə yetirməməyinə görə olub. Toplantı iştirakçıları "Obama öz sözünü tut" şüarı ilə yürüş keçiriblər. Onlar bu il Obamadan soyqırımı ifadəsini işlətməsini istəyiblər.


Qeyd edək ki, Obama prezident seçkiləri zamanı qondarma "erməni soyqırımını" tanıyacağı barədə erməni diasporuna vədlər vermişdi. Son çıxışında isə o, 1914-cü il hadisələrini "tarixdə baş vermiş dəhşətli hadisə" adlandırmışdı.


Olmayan şeyi necə tanısın? Axı arxiv sənədləri araşdırılmadan siyasətçilərin cəfəng fikirləri əsasında tarix yazılmır...


Elvin Babayev


O.M.